Ölkə 13:00 29.10.2020

Bərdədəki yaralıların 3-ü Bakıya gətirildi

Ermənistan Silahlı Qüvvələrinin Bərdəyə atdığı raket zərbələri nəticəsində yaralanan mülki insanların 3-ü Bakıya təxliyə edilib.

Qaynarinfo xəbər verir ki, bunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində ümumilikdə dünən 21 nəfər dünyasınəı dəyişib. 70-ə qədər insan yaralanıb:

"Ağır yaraılılar var. Nisbətən orta vəziyyətdə olan yaralılar yaxın ətrafdfakı xəstəxanalara göndərilib. 3 nəfər Bakıya təxliyə edilib. Ancaq düşmən istədiyinə nail olmayıb. Bərdə cəbhə bölgəsindən kifayət qədər uzaqdır, 70 km məsafə var. Burada əsas mülki insanlar hədəfə götürülıüb. Atılan mərmilər insanların məhvinə yönəlib. Ermənilərion istyifadə etdiyi bu silah qadağan edilmiş hərbi sursatdır”.