Dünya 10:19 22.03.2019

Bərə qəzasında qurbanların sayı 100-ə çatdı

İraqın Mosul şəhərində baş verən bərə qəzasında ölənlərin sayı 100-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Dəclə çayında baş verən qəza səbəbilə ölkədə 3 günlük yas elan edilib.

Qeyd edək ki, hadisə zamanı 50 sərnişin potensialına sahib bərədə 170 nəfər olub.

Gülşən