Xəbər lenti

Berlin Yunanıstandan miqrant qəbuluna hazırlaşır
Dünya 14:46 02.04.2020

Berlin Yunanıstandan miqrant qəbuluna hazırlaşır

Almaniyanın Berlin əyaləti yeni tip koronavirus təhlükəsinə qarşı Yunanıstanda çətin şərtlərdə həyatda qalmağa çalışan miqrantları qəbul etməyə hazır olduğunu elan edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Berli əyalətinin ədliyyə naziri Dirk Behrendt açıqlama verib. O, Midilli adasındakı Moria  kampından 500-1500 mioqrantı qəbul etməyə hazır olduqlarını bildirib:

"Ordakı miqrantların vəziyyəti Avropa İttifaqı üçün utanc mənbəyidir. Artıq alman hökumətinin milli müstəvidə və ya müttəfiqləri ilə ortaq razılığa gəlməsini gözləməyə vaxtımız yoxdur. Onları qəbul edə biləcək yerlərimiz var. Həmçinin bir çox otel də boşdur".

Mission Lifeline aviaşirkəti iki uçuşun maliyyəsi üçün 55 min avro civarında yardım toplayıb.

Xatırladaq ki, yanvarda başda Almaniya və Fransa olmaqla bir çox Avropa ölkəsi Yunanıstanın yükünü azaltmaq üçün 1600 miqrantı qəbul etməyə hazırlaşırdı. Lakin Kovid-19 infeksiyasının yayılması səbəbindən bu tədbirlər təxirə salındı. Digər tərəfdən 3 min nəfərlik Mario düşərgəsində 20 minə yaxın insanın qalması isə böyük risk ifadə edir.

Sərhədsiz Həkimlər Təşkilatında könüllü çalışan həkim Apostolos Veizis Yunanıstandakı düşərgələrdə koronavirusun yayılmasının böyük fəlakətlərə yol aça biləcəyini deyib.

Qeyd edək ki, düşərgədə ilk Kovid-19 virusuna rast gəlinib. Ötən həftə uşaq dünyaya gətirən bir qadının testlərinin cavabı müsbət çıxıb.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->