"Beşiktaş" sentyabr ayında Bakıya gələcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan İstanbul klubunun prezidenti Fikret Orman məlumat verib.
Bakıda öz adına təşkil olunan futbol turnirinin finalını izləyən Fikret Orman Azərbaycan və Türkiyərin bayraqlarında ay-ulduz olduğunu, Türkiyəni də ay-ulduzla təmsil edən tək klubun "Beşiktaş" olduğunu bildirib: "Bu səbəbdən biz eyni zamanda Azərbaycanı da təmsil edirik. Dünyada 100 milyondan artıq azarkeşi birləşdirməyi hədəfləyirik. Azərbaycan çox böyük önəm verdiyimiz yerdi. Burda hər ötən gün bir az da böyüyürük.
Bu il Azərbaycanın 100 yaşı olur. Allah nəsib etsə, sentyabr ayında komandanı Bakıya gətirəcəyikö Yay aylarında da Bakıda "Qartal Yuvası" mağazamızı açacağıq".
Şərhlər