"Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında tərəfimizdən araşdırma aparılıb".
Bu barədə Qaynarinfo-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.
Müəyyən olunub ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub.
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Şərhlər