Xəbər lenti

Bəxtiyar Sadıqovdan mənzil AÇIQLAMASI
Ölkə 15:40 23.07.2013

Bəxtiyar Sadıqovdan mənzil AÇIQLAMASI

Dünən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binasının mənzilləri bölüşdürüldü.

Maraqlıdır ki, binadakı 156 mənzildən 1-i heç kimə verilmədi. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin həmin mənzilin ehtiyatda saxlandığını deməyi və onun kimə veriləcəyi barədə sualı cavabsız qoymağı media cameəsində söz-söhbətə səbəb olub.

Bu məsələ ətrafında yayılan söhbətlərdən birində isə qeyd edilir ki, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili  Bəxtiyar Sadıqov ona verilən mənzildən imtina edib və ehtiyatda qalan mənzil də odur.

Modern.az-a açıqlamasında Bəxtiyar Sadıqov iddiaları təkzib edib. O, hələ ilk gündən mənzil almaq niyyətində olmadığını bildirib. “Mənim adım o siyahıda olmayıb və mənim də elə bir niyyətim yox idi. Dünən jurnalistlər də gördülər ki, püşkatmada da iştirak etməmişəm. Bəzi jurnalistlər siyahı tərtib edib və mənim adımı da ora daxil ediblər. Bu, boş söz-söhbətdir və məqsədli yalanlardır. Bilirəm bunları kim edib”.  

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->