Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru vəfat etdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru vəfat etdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

73 yaşlı direktorun ölüm səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, Y.Amano 2009-cu ildən agentliyə rəhbərlik edirdi. O, daha əvvəl isə Yaponiyanın qurumdakı səfiri və daimi nümayəndəsi olub. Diplomat BMT və Yaponiya XİN-də də müxtəlif vəzifələri tutub.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR