BFV:

BFV: "Böyük iqtisadi böhran ola bilər"

Dünya iqtisadiyyatı yeni böyük böhranla üz-üzədir.

Qaynarinfo xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva deyib. Onun sözlərinə görə, cəmiyyətdəki bərabəsizliyin rekord həddə çatması və maliyyə sektorundakı qyri-müəyyənliklər buna səbəb ola bilər. BVF hesab edir ki, mövcud vəziyyət 1920-ci illərə bənzəyir. Hansı ki, 1929-cu ildə birjalar çökmüşdü. Ölkələrdəki əhəmiyyətli gəlir bərabərsizliyi siyasi çevrilişə səbəb ola bilər.
 
Qurum rəhbərinin fikrincə gələcəkdə Avropada hər 4 gəncdən birinin yoxsulluq içərisində yaşaması riski var. O, iqlim dəyişikliyi və artan ticarət proteksionizminin isə maliyyə bazarlarında qeyri-müəyyənliyə səbəb olduğunu ifadə edib. Bundan başqa Georgiyeva ABŞ və Avropa arasındakı iqtisadi mübahisələr fonunda qlobal ticarət sistemini əhəmiyyətli dərəcədə inkişaf etdirməyə çağırıb.
 
Camal
XƏBƏRLƏR
BLOGLAR