Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 1994-cü il təvəllüdlü kiçik giziri İsrafilzadə İbrahim Məhbub oğlu işdən çıxarkən naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Şərhlər