Bill Geyts məşhur ÇİP-lərdən danışdı:

Bill Geyts məşhur ÇİP-lərdən danışdı: "Bunu danmaq çox çətindir"

"Microsoft”un qurucusu Bill Geyts son aylarda məşhurlaşan sui-qəsd nəzəriyyələrini və koronavirus pandemiyasını məhz özünün yaratması və dünya əhalisini çipləşdirmək istəməsi barədə şayiələrə cavab verib.

Qaynarinfo xatırladır ki, geniş yayılmış Covid-19 fonunda Geytsin bədənə yerləşdirilən mikroçiplər adı altında peyvənd satışına pul ayırmaq üçün xüsusi bir pandemiya yaratması haqda İnternetdə sui-qəsd nəzəriyyələri yayıldı.

Geyts və koronavirus haqqında sui-qəsd nəzəriyyələri sosial mediaları və şəbəkələri partlatdı: "Zignal Labs” kompaniyasının məlumatlarına görə, bu haqda fevral-aprel aylarında internetdə 1,2 milyon dəfə xatırladılıb.

May ayının sonunda Yahoo News və YouGov tərəfindən keçirilən bir sorğuda amerikalıların 28%-i (yəni sorğuda iştirak edən ABŞ sakinlərinin hər üç nəfərindən biri!) sui-qəsd nəzəriyyəsinin doğru olduğuna inandıqlarını söylədi. Sorğuda iştirak edən Respublikaçıların tərəfdarları arasında 44% respondent hesab edir ki, Geyts milyardlarla insana mikroçip implantasiya etmək və onların hərəkətlərini izləmək üçün kütləvi peyvənd kampaniyasından bir bəhanə kimi istifadə etmək niyyətindədir.

Bu şayiələrin bir hissəsinin yayılmasına "Bill və Melinda Geyts Vəqfi”nin koronavirus peyvəndi yaratması və epidemiyanın təsirləri ilə mübarizə üçün 300 milyon dollar ayırması təkan vermişdi.

Milyarderin qlobal pandemiya nəticəsində milyonlarla insanın pandemiyadan öləcəyi ilə bağlı 2015-ci ildə etdiyi xəbərdarlıq çıxışı da sui-qəsd nəzəriyyələrinin xeyrinə "işlədi”.

"Uşaqların hansında qızılca peyvəndinin edilməsi, hansında edilməməsini bilmək yaxşı olardı”, - deyən Bill Geyts əlavə edib ki, tibbi qeydlər kimi "zəruri sistemlər" mövcuddur, bu sistemlər həkimlərə kimin immunitetinin olduğunu müəyyən etməyə kömək edir. Ancaq bu məsələdə mikroçiplərdən söhbət gedə bilməz.

"Vəqfimiz vaksin əldə etmək üçün pul alır, - dedi Geyts. - Buna görə də biz pandemiya riskini görüb bu haqda xəbərdarlıq etdik".
 
Jurnalistlərlə söhbətində Bill Geyts "bütün bu sərsəm fikirlərin" mövcudluğundan narahat olduğunu bildirib.

"Bu fikirlər bir mənada o qədər qəribədir ki, adam buna yumoristik bir şey kimi baxmaq istəyir, amma düşünürəm ki, bu, heç də gülməli bir şey deyil. Mən heç vaxt mikroçiplər kimi bir şeylə məşğul olmamışam. Bunu inkar etmək olduqca çətindir, ona görə də bu qədər axmaq və qəribədir”, - Bill Geyts etiraf edir.

BBC-yə verdiyi müsahibədə milyarder xeyriyyəçi "bütün bu dedi-qodular və elmi əsası olmayan sözlər" insanlar arasında düşmənçiliyin artmasına səbəb olduğunu söyləyib: "Belə bir vaxtda bütün rəqəmsal vasitələrin bu tip sərsəmləmələr üçün istifadə olunması məni narahat edir”.

Milyarderin dediyinə görə, "əvvəl-axır biz peyvənd əldə edəcəyimiz vaxt kütləvi immunitetin yaranmasına nail olmalıyıq ki, əhalinin 80 faizi peyvənd olunsun. Ancaq onlar bunu fırıldaqçılıq sayacaqsa və ya peyvəndlərin zərərli olduğunu hesab edib peyvənd istəməyəcəklərsə, xəstəlik insanları öldürməyə davam edəcək”.
 
Geyts hesab edir ki, vaksinlər istehsal üçün hazır olduqda, ilk növbədə sosial məsafə prinsiplərinin daha az mümkün olduğu zəif sağlamlıq sistemləri olan ölkələrdə paylanmalıdır. Cümə axşamı onun fondu gəlirləri az olan ölkələrdə uşaqları peyvənd etmək üçün növbəti beş il ərzində Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansa (GAVI) daha 1,6 milyard dollar ayrıldığını elan edib.

"Dünya birlikdə çalışmalıdır, - Bill Geyts çağırış edir, - təhlükəsiz və effektiv peyvəndlər hazırlamaq və istehsalın genişləndirilməsi üçün mümkün olan hər şeyi etmək lazımdır ki, onunla ən çox ödəyə bilənləri deyil, ən çox ehtiyacı olanları təmin edə bilək".

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image