Xəbər lenti

Video 22:26 21.12.2018

Binədə növbəti qatar faciəsinin qarşısı alındı (VİDEO)

Bakının Binə qəsəbəsində növbəti qatar faciəsinin qarşısı alınıb. 

Sakinlər Azvision.az -a bildiriblər ki, bu gün axşam saatlarında qatar qəsəbə ərazisindən keçərkən şlaqbaum açıq olub.

"Şlaqbaum açıq idi. Qatarın gəldiyini görən sürücülərdən biri maşından düşərək yolu bağladı. Yalnız bundan sonra hərəkət dayandı və qatar keçdi. Yəni sürücülər mümkün faciənin qarşısını aldılar", - Binə sakinləri deyiblər.
 
Qeyd edək ki, bu ilin oktyabr ayının birində həmin ərazidə dəhşətli qəza baş vermişdi. Belə ki, avtobusla qatarın toqquşması nəticəsində 13 yaşlı məktəbli həlak olmuş, 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Məlum hadisəyə səbəb kimi şlaqbaumun açıq olması göstərilirdi. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->