Dünya 12:25 30.01.2019

Binəli Yıldırım istefa verir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım istefa verəcək.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə o, CNNTürk-ün canlı yayımında qonaq olarkən deyib.
 
Sədr bildirib ki, 18 fevralda İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi üçün namizədliyini irəli sürəndə vəzifəsindən istefa verəcək. Parlament sədri həmçinin namizədliyinin veriləcəyi partiya tərəfindən açıqlandığı gündən bəri süni gündəmlər yaradıldığına da diqqət çəkib.

"İlk dəfə açıqlayıram. Namizədlik üçün müraciət etdiyim andan etibarən vəzifəmdən istefa verəcəyəm. Qaldı ki, mən rəsmi şəkildə hələ namizəd deyiləm. Partiyam məni namizəd göstərəcəyini açıqlayıb. Hələlik dəqiqləşməmik namizədlik məsələsinə görə müzakirələrin aparılması narahatlıq doğurur. Namizədliyimin elan olunduğu gündən etibarən parlament sədrliyindən çəkiləcəyəm", - deyə o, bildirib.