"Mart ayının sonunadək, təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq".
Qaynarinfo xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
"Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min tibbi maskadır. Son bir ayda Azərbaycanda ən çox tibbi maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min tibbi maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var", deyə İ. Məmmədov bildirib.
Şərhlər