Bir il öncə işğaldan azad olunan ərazilər (SİYAHI)

Bir il öncə işğaldan azad olunan ərazilər (SİYAHI)

44 günlük Vətən müharibəsində Azərbaycanın müzəffər Ordusu hər gün irəliləyərək işğalda olan torpaqları azad edirdi.

Qaynarinfo xatırladır ki, 2020-ci ilin 19 oktyabrında da bir sıra ərazilər işğaldan azad olunub.

Azərbaycan Ordusu düz bir il öncə Cəbrayılın bir neçə kəndini işğalçılardan təmizləyib.

Söhbət Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, İsaqlı kəndlərindən gedir.
XƏBƏRLƏR
BLOGLAR
X