"Real Madrid"in futbolçusu Vinisius Səudiyyə Ərəbistanının hərəkətindən qorxur
"Real Madrid"in futbolçusu Vinisius Səudiyyə Ərəbistanı çempionatına keçidinə şübhə ilə yanaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Marca" yazıb.
Vinisius Səudiyyə Ərəbistanına köçməyin onun imicinə mənfi təsir edəcəyindən ehtiyat edir. Futbolçu pulu futboldan üstün tutan adam kimi tanınmaq istəmir.
Vinisiusun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Fevralın 7-də futbolçunun Səudiyyə Ərəbistanına köçməyi düşündüyü bildirilib. Ərəb klubunun ona ümumilikdə 1 milyard avro təklif etdiyi iddia olunur.
Bu mövsüm Vinisius bütün turnirlərdə 26 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.
Aydın
Şərhlər