İdman 19:48 23.07.2021

Birinci Divizionda iştirak edəcək komandalar müəyyənləşdi

Birinci Divizionda 2021/2022-ci illər mövsümünün başlanma tarixi müəyyənləşib.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarış 13 sentyabrda start götürəcək. Çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək. 

Yeni mövsümdə Birinci Divizionda aşağıdakı komandalar çıxış edəcək:

"Neftçi-2”
"Zaqatala”
"Turan Tovuz”
"Sabah-2”
"Qarabağ-2”
"Keşlə-2”
"Kəpəz”
"Qaradağ Lökbatan”
"Sumqayıt-2”
MOİK
"Zirə-2”
"Səbail-2”
"Qəbələ-2”