Ölkə 21:41 27.01.2021

Birinci kurs tələbəsi dəm qazından öldü

Azərbaycanda birinci kurs tələbəsi dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, söhbət Azərbaycan Texnologiya Universitetinin tələbəsi Səbirə Əhmədovadan gedir. O, sözügedən universitetdə mühasibat uçotu ixtisası üzrə təhsil alırdı.

Qeyd edək ki, vəfat edən tələbə Qazax rayonunun Daşsalahlı kəndindən idi.