Birinci vitse-prezident Azərbaycan neftçilərini təbrik etdi (FOTO)

Birinci vitse-prezident Azərbaycan neftçilərini təbrik etdi (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında ölkə neftçilərini təbrik edib.

Qaynarinfo xəbər verir ki, Birinci vitse-prezidentin təbrikində deyilir:

"Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"
XƏBƏRLƏR
BLOGLAR