Dünya 17:37 15.01.2022

Blinken Şimali Koreyanın raket təlimlərini pislədi

ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinken KXDR-in təlimlər çərçivəsində raketlərdən istifadə etməsini pisləyib. 

Qaynarinfo xəbər verir ki, o, bunu Cənubi Koreyanın xarici işlər naziri Çunq Ui Yonqla söhbəti zamanı deyib.

Blinken qeyd edib ki, Şimali Koreyanın raket buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır. O, Hind-Sakit okean regionunda sülh və firavanlıq naminə ABŞ-Cənubi Koreya alyansının əhəmiyyətini xatırladıb.

ABŞ dövlət katibi, həmçinin ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Xəyal