Dünya 17:35 11.05.2021

BMT Baş katibi faşizm üzərində qələbədə SSRİ-nin rolunu qiymətləndirdi

BMT-nin baş katibi Antonio Quterreş Sovet xalqının II Dünya Müharibəsində Nasizm üzərində qələbəyə həlledici töhfə verdiyini deyib. 

Qaynarinfo xəbər verir ki, SSRİ Avropa və bütün dünyanın nasizm tərəfindən işğal olunmasının qarşısını almaq üçün böyük kömək edib. 

BMT Baş katibi SSRİ sakinlərinin Avropanı nasizmdən qoruyarkən inanılmaz dərəcədə əziyyət çəkdiyini vurğulayıb.

Quterreş 12-14 may tarixlərində Moskvaya səfər edəcək. O Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

Alpər