Dünya 10:35 22.01.2018

BMT-də Afrin müzakirələri

BMT Təhlükəsizlik Şurası bu gün Türkiyənin Suriyanın Afrin şəhərində start verdiyi hərbi əməliyyatı müzakirə edəcək.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda BMT humanitar məsələlər üzrə baş katib köməkçisi Mark Loukok şura üzvlərini Suriyaya etdiyi ziyarət barədə məlumatlandıracaq. 

Fransa xarici işlər naziri Jan Yve Le Derian "Twitter" hesabından "Suriya, Quta, İdlib, Afrin. Fransa BMT TŞ-dən təcili iclas tələb edir. Bu səhər türkiyəli həmkarımla danışdım" fikirlərini yazmışdı. Le Derian Suriyanın hər yerində atəşkəsin təmini və humanitar yardımın maneəsiz insanlara çatdırılmasının vacibliyini vurğulamışdı.

Qeyd edək ki, Türkiyə Afrin şəhərində PKK terror təşkilatının Suriya qolu olan PYD-yə qarşı hərbi əməliyyata başlayıb.

Gülşən