Dünya 14:50 19.06.2019

BMT-dən Qaşıqçı hesabatı: Vəliəhd Şahzadə qətldə ittiham edilir

BMT Türkiyənin İstanbul şəhərində qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı hesabat yayımlayıb.

Qaynarinfo xəbər verir ki, təşkilat həmin sənəddə jurnalistin qətlinə görə Səudiyyə Ərəbistanı rəhbərliyinin məsuliyyət daşıdığı və hökumətin ittihamları qəbul etməli olduğu vurğulanıb. Ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın adı cinayətin istintaq prosesinə daxil edilə bilər.

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyənin İstanbulda yerləşən konsulluğuna daxil olub və oradan çıxmayıb. Daha sonra jurnalistin Səudiyyə Ərəbistanının bəzi vəzifəli şəxslərinin iştirakı ilə qətlə yetirildiyi müəyyənləşib.

Gülşən