BMT-nin Baş katibindən 100 günlük atəşkəs çağırışı

BMT-nin Baş katibindən 100 günlük atəşkəs çağırışı

BMT-nin Baş katibi Antonio Quterreş yüz gün ərzində bütün münaqişə bölgələrində atəşkəsə nail olmaq üçün beynəlxalq birliyə müraciət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
"Pandemiya başlayanda, mən qlobal atəşkəsə çağırdım. Bu gün beynəlxalq ictimaiyyəti ilin sonuna qədər bu çağırışı gerçəkləşdirmək üçün yenidən səy göstərməyə çağırıram. Tam 100 günümüz var", - deyə Baş katib əlavə edib.


Quterreş deyib ki, pandemiya zamanı münaqişədə yalnız bir qalib var - bu, virusun özüdür.

BMT-nin Baş katibi müraciətinin 180 üzv dövlətin, həmçinin dini liderlər, regional tərəfdaşlar, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən dəstəkləndiyini vurğulayıb. (unikal.org)

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR