BMT TŞ-nin daimi üzvlüyü: Veto hüququnun verilməsinə vetonu Rusiya qoyur

BMT TŞ-nin daimi üzvlüyü: Veto hüququnun verilməsinə vetonu Rusiya qoyur

"Avstraliya, Hindistan, Misir və ya Cənubi Afrikaya BMT TŞ-nin daimi üzvü statusu verilə bilər, amma onlara "veto" hüququ verilməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Məmmədov Rusiya Prezidenti Vladimir Putinin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın BMT TŞ-nin daimi üzvlərinin sayını artırmaq barədə fikrinə tərəfdar çıxması və bu istiqamətdə fərqli həll yollarının mümkünlüyündən danışmasına münasibət bildirərkən deyib:

"BMT Təhlükəsizlik Şurası 5 daimi üzvdən ibarətdir. Hansı ki, onlar "veto” hüququna malikdir. Bundan başqa, Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlər də var. Azərbaycan da bir müddət qeyri-daimi üzvlər sırasında yer alıb. Qeyri-daimi üzvlər isə qitələr üzrə seçilir. "Veto” hüququna malik 5 dövlət qurumun daimi üzvlərinin say tərkibinin genişləndirilməsi tərəfdarıdırlar. Amma bununla belə, daimi üzvlüyə seçiləcək yeni dövlətlərə "veto” hüququnun verilməsinə qarşıdırlar. Yəni "veto” hüququnun yalnız özlərində qalmasında maraqlıdırlar. Bu təklif əsasən Rusiyadan gəlir. Onlar deyir ki, II Dünya Müharibəsini udduqlarından və III Dünya Müharibəsi hələ olmadığından "veto” hüququ yalnız hazırkı 5 daimi üzvdə qalmalıdır”. 

Həmsöhbətimiz bildirir ki, artıq BMT Təhlükəsizlik Şurası daimi üzvlərin sayının çoxaldılması prosesinə ümumi razılıq verildiyindən, hazırda daimi üzv kimi fəaliyyət göstərən 5 dövlətin hər biri özünə yaxın olan ölkəni önə çəkməyə çalışır:

Türkiyənin isə mövqeyi odur ki, daimi üzv olan ölkənin həm də "veto” hüququ olmalıdır. Məsələ ondadır ki, daimi üzvlərin sayı artırılsa, bu hüquq 3 qitəyə - Asiya, Afrika və Latın Amerikasına veriləcək. Asiyada bu rola Yaponiya iddialıdır. Amma Almaniya kimi Yaponiya da II Dünya Müharibəsində məğlub tərəflər olduğundan Moskva bu ölkənin daimi üzv ola bilməyəcəyini iddia edir. Belədə daimi üzv olacaq ölkələr sırasında Avstraliyanın, Hindistanın, Misir və Cənubi Afrikanın adı daha çox hallanır. Belədə, qitə məsələsi baxımından Türkiyəyə burada yer verilmir. Ankara isə bu müstəviyə coğrafi deyil, dini bölgü istiqamətində yanaşaraq, İslam dünyası məsələsini qaldırıb. Belə ki, İslam dünyasına Asiyada, Şimali Afrikada və Aropada rast gəlmək olar.

Amma məsələ ətrafında son qərarı "veto” hüququ olan dövlətlər verəcək. Böyük ehtimalla böyük diskussiyalardan sonra BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artıracaqlar, amma "veto” hüququnu yenə də özlərində saxlayacaqlar”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X