Ölkə 12:32 27.03.2018

BNA-dan "MilliÖn" terminalları ilə bağlı problemə münasibət

Xəbər verdiyimiz kimi, paytaxt sakinlərindən "BakuKart"lara "MilliÖn" terminalları vasitəsilə pul yüklənilməsi zamanı ortaya çıxan problemlərlə bağlı çoxsaylı şikayətlər daxil olub.
 
Daha ətraflı buradan məlumat ala bilərsiniz!

Bakı Nəqliyyat Agentliyindən (BNA) sözügedən məsələyə münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev Qaynarinfo-ya açıqlamasında BNA-ya da yaranan çətinliklərlə bağlı müraciətlər daxil olduğunu və həmin müraciətlərin müvafiq olaraq "MilliÖn" şirkətinə yönləndirildiyini bildirib.

"Bu gün paytaxtda avtobus dayanacaqlarında 54 ədəd, metro stansiyalarında isə 145 ədəd "BakıKart" ödəmə terminalları sərnişinlərimizə xidmət edir. Bununla yanaşı "MilliÖnə"ə məxsus 184 ədəd terminallar vasitəsi ilə də "BakıKart"ın əldə edilməsi, eyni zamanda balansın artırılması mümkündür. Doğrudur, "MilliÖn" terminallarında ödəmələr zamanı müəyyən çətinliklər olur, BNA-nın 141 çağrı mərkəzinə də bununla bağlı müraciətlər daxil olur. Bu müraciətlər müvafiq olaraq "MilliÖn" şirkətinə yönləndirilir və problem də aradan qaldırılır".
 
Çingiz