Xəbər lenti

BNA paytaxtın bu hissəsində sürücüləri ehtiyatlı olmağa çağırdı (FOTO)
Foto 20:53 13.11.2018

BNA paytaxtın bu hissəsində sürücüləri ehtiyatlı olmağa çağırdı (FOTO)

Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır.

Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib:

"Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib. Bununla yanaşı M.Rüstəmov küçəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb.

Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->