Sentyabrın 27-də baş tutan "Qarabağ" - "Roma" matçından sonra minlərlə azarkeş yağış altında qaldı, kilometrlərlə yolu piyada getməyə məcbur oldular. Bəs oktyabrın 17-də baş tutuacaq "Qarabağ" - "Atletiko" matçında vəziyyət necə olacaq? Bakı Nəqliyat Agentliyi oyunla əlaqədar xəttə əlavə marşrutlar buraxacaqmı?
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı "Qaynarinfo"ya açıqlama verib. O, BNA-nın yalnız nəqliyyatın normal fəaliyyətini təmin edəcəyini söyləyib:
"Əlavə marşrut avtobuslarının xəttə buraxılması nəzərdə tutulmur. Hələlik onu deyə bilərəm ki, "Qarabağ" - "Atletiko" oyunu zamanı BNA yalnız nəqliyyatın normal fəaliyyətinin tənzimlənməsini təmin edəcək".
Qeyd edək ki, oktyabrın 18-də "Qarabağ” doğma meydanda Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edəcək. Matç Olimpiya Stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.
Çingiz Səfərli
Qaynarinfo.Az
Şərhlər