İdman 13:03 15.09.2021

Boksçularımız beynəlxalq yarışda iştirak edəcək

Bu gündən Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək.
 
Azərbaycan Boks Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında yollanıb. Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) şans verəcək.

Millimiz sentyabrın 19-da Vətənə qayıdacaq.

Yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
 
Səbuhi Həsənov