Borrell nüvə məsələsində İranla danışıqlar aparacaq: Razılıq olmasa...

Borrell nüvə məsələsində İranla danışıqlar aparacaq: Razılıq olmasa...

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel nüvə problemini Brüsseldə İran nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bununla belə, Borrel danışıqların dəqiq tarixini söyləməkdən imtina edib. O deyib: "Bu məsələdə uğursuzluğa dözə bilməyəcəyimiz üçün strateji səbr göstərmək lazımdır".

Bu həftə Dövlət Departamentinin rəhbəri Entoni Blinken problemin diplomatik yolla həll edilə bilməyəcəyi təqdirdə ABŞ-ın İrana təsir etmək üçün bütün mövcud variantları nəzərdən keçirməyə hazır olduğunu söyləyib. Son aylarda AB və ABŞ İranın nüvə silahı müqaviləsinə (JCPOA) qayıtması üçün danışıqlar aparmağa başlayıblar.

Alpər
XƏBƏRLƏR
BLOGLAR
X