Braziliyalı futbolçu evində öldürüldü

Braziliyalı futbolçu evində öldürüldü

Braziliyada 23 yaşlı futbolçu Bruninyo evində ölü tapılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Braziliya mətbuatı yazıb. 23 yaşlı yarımmüdafiəçinin səhər saatlarında evində güllələnərək öldürüldüyü bildirilib. Şahidlərin dediyinə görə, iki nəfər maskalı şəxs onun evinə girərək atəş açıb. Hadisənin səbəbi isə hələ bilinmir. Braziluiya polisi tərəfindən araşdırmalara başlanılıb. 

'O Liberal' qəzetinin yazdığına görə, cinayət Bruninho ilə bir qadın arasındakı eşq macərası üzündən törədilib. Keçmiş sevgilisi ayrılığı qəbul etməyib.

Futbolçu sonuncu dəfə "Sosyedad Esportivo de Pikos"da forma geyinmişdi.

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X