Dünya 19:15 06.04.2020

Britaniya koronavirusun gizli mənşəyini açdı: Son kəşfiyyat məlumatı

İngiltərə kəşfiyyatı mediaya kəskin tənəffüs xəstəliyi olan COVID-19-a səbəb olan yeni SARS-CoV-2 koronavirusunun mənşəyi ilə bağlı öz versiyasını açıqlayıb.

Qaynarinfo-nun "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, bu haqda fövqəladə hökumət komitəsinin üzvlərindən biri məlumat verib. Komitə üzvü bildirib ki, son kəşfiyyat məlumatlarına görə, koronavirusun virusların öyrənildiyi Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin laboratoriyasında bir sızma nəticəsində yayıla biləcəyini göstərir. Beləliklə, İngiltərə hökumətindəki yüksək vəzifəli mənbələrin dediyinə görə, "laboratoriya ssenarisi”nin versiyası prioritet olmasa da, artıq istisna edilmir.

"Virusun təbiətinə əsaslanan etibarlı alternativ [virusun Vuhanda bazardan yayılmasının başlanğıc versiyası] mövcuddur. Bəlkə də bu laboratoriyanın Vuhan şəhərində olması təsadüfi deyil. Bu versiya qəti istisna edilmir", - gizli kəşfiyyat xəbərlərinə çıxışı olan hökumət komitəsinin üzvü deyib.

Öz növbəsində, biotəhlükəsizlik üzrə Amerika mütəxəssisi, Rutgers Universitetinin professoru Riçard Ebrayt qeyd edib ki, koronavirus laboratoriya işləri zamanı baş verən hadisə nəticəsində ortaya çıxmış ola bilər. Onun sözlərinə görə, söhbət SARS-CoV-2-nin süni mənşəli olmasından getmir. Çox güman ki, sızma hansısa fövqəladə hadisə nəticəsində baş verib.

"Virusların toplanması, yetişdirilməsi, təcrid edilməsi və ya heyvanların infeksiyası bir laboratoriya işçisinə və laboratoriya işçisi vasitəsilə bütün cəmiyyətə ciddi yoluxma riski yaradır", - professor deyib.

Onun sözlərinə görə, o, Çin virusologiyası alimlərinin virusları ikinci qorunma səviyyəsi şəraitində öyrəndiyinə şahid olub, halbuki tövsiyə olunan "laboratoriya işçilərinin infeksiyasından minimal qorunma"sını təmin edən dördüncü səviyyədir.

Qeyd edək ki, bundan əvvəl Cənubi Çin Texnologiya Universitetinin mütəxəssisləri də Vuhandakı laboratoriyanın yeni koronavirusun "ehtimal olunan" mənbəyi olduğu qənaətinə gəlmişdilər, müvafiq tapıntıları olan bir hesabat İnternetdə yayımlandı, di gəl tezliklə də silindi. Digər bir fakt da koronavirusun laboratoriya mənşəli olması versiyanı gücləndirir. Yanvar ayında "Pekin Xəbərləri” Viroloji İnstitutunun tədqiqatçısı Xuan Yanlinin yeni xəstəliyi "sıfır pasiyent" adlandırdığını bildirib. O vaxt Vuhandakı dəniz məhsulları bazarı artıq bağlanmışdı. Daha sonra institut bu məlumatı yalan adlandıraraq Yanlinin 2015-ci ildən bəri onlarla işləmədiyini bildirib.

Fevral ayının ortalarında Çin bioloqları Botao Syao və Lei Syao "Koronavirusun mümkün mənşəli 2019-nCoV" adlı bir hesabat dərc edib ki, bu da koronavirusun yayılmasının dəniz məhsulları bazarındakı bir laboratoriyada sızma səbəbiylə başladığını göstərir.
 
Alpər