Xəbər lenti

Bu əşyalardan evinizdə istifadə etməyin!  Xərçəng ola bilərsiniz
Sağlamlıq 21:12 24.11.2017

Bu əşyalardan evinizdə istifadə etməyin! Xərçəng ola bilərsiniz

Artıq çoxdan məlumdur ki, hər geyim və məişət əşyalarının çoxunun tərkibində təhlükəli maddələr var. Son elmi tədqiqatlar göstərir ki, formaldehid, triklozan, naftalin kimi təhlükəli maddələr xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır.

Publika.az bu yazıda oxucuları tərkibində təhlükəli kimyəvi maddələrin olduğu və bazarda hələ də satılan məişət malları ilə tanış edib.
Evinizi kimyəvi cəhətdən təhlükəsiz etmək heç vaxt gec deyil, odur ki, bu mühüm informasiya ilə tanış olmağa dəyər.

Hava təmizləndirici vurulan otaqda sinə dolusu nəfəs almaq təkcə yuxarı tənəffüs yollarının iltihabına səbəb olmur. Müasir təravətləndiricilərin tərkibində orqanizmdə bədxassəli hüceyrələrin inkişafına səbəb olan uçucu maddələr var.

Əgər evin havasını təbii və təhlükəsiz yolla təravətləndirmək istəyirsinizsə, mixək, darçın, limon və ya portağal qabıqlarını bir qazana töküb, üzərinə su əlavə edib qaynadın. Vanna otağında isə sevdiyiniz bitkilərin efir yağlarını ağzı açıq şəkildə saxlaya bilərsiniz.
Müxtəlif səthlərin təmizlənməsində güclü kimyəvi vasitələrdən imtina edin, onlar nəinki çirki məhv edir, eyni zamanda sizin sağlamlığınıza da güclü şəkildə yəsir edir. Xoşbəxtlikdən təbii vasitələrin köməyi ilə təmizliyi təmin etmək olar.

Geniş yayılmış maddə – ftorid və triklozan diş pastalarının tərkibinə də daxildir. Onlar orqanizmdə toplanan çox təhlükəli birləşmələrdir. Həmçinin adi diş pastasının içində olan parlaq rənglər diş pastasını artıqlaması ilə təhlükəli edir. Odur ki, təbii diş pastana keçmək vaxtıdır!

Özlüyündə belə qablar zərərsizdir. Teflon örtüyü minimal miqdarda yağla yemək hazırlamağa imkan verir və yemək yanmır. Amma sevdiyiniz tavaya cızıq izi düşərsə, o təhlükəli olur: yemək qızdırılan zamanı zədələnmiş teflon örtüyündəki perfluorooktan karboksilik turşusu kimi təhlükəli kimyəvi maddələr ayrılır. Bu isə insan orqanizminə ciddi zərər verə bilər. Odur ki, cızılmayan keyfiyyətli qab-qacaqdan istifadə edin.

Evə girən kimi ən yaxşısı ayaqqabını xüsusi şkafa qoyun. Məsələ burasındadır ki, biz ayaqqabı ilə birlikdə evə tamamilə lazımsız və zərərli kimyəvi maddələr gətiririk.

Köhnə ayaqqabıları saxlamaq çox təhlükəlidir, onun üzərində olan kimyəvi birləşmələr ev atmosferini çirkləndirə bilərlər.


Güvələrə qarşı hələ də naftalin istifadə insanlar var. Lakin bilməlisiniz ki, naftalin xərçəngin yaranmasına səbəb olan maddələr siyahısına rəsmən daxil edilib.
Həşəratlara qarşı təbii müdafiə üsullarından istifadə edin: otaqların küncünə kisəciklərdə dəfnə yarpağı və lavanda qoyun.

İyli şamların tərkibində qurğuşun olur. Evdə həddən artıq qurğuşun olması isə müxtəlif yaşlı insanlarda hormonal disbalans yaradır, uşaqlarda əqli gerilik və diqqət pozulması ilə nəticələnə bilər.

Bədəndə qurğuşun toplanması xərçəng hüceyrələrinin inkişafına da kömək edir. Odur ki, evdə dekorativ şam sayını azaltmağa çalışın.
Dezodarant və antiperspirant
освежитель

Dezodarant və antiperspirantların tərkibində alüminium, ftalat və trikloazn olan kimi kanserogen maddələr olması haqqında çox yazılıb. Qadınlar bilməlidir ki, belə vasitələrdən istifadə etmək xüsusilə onlar üçün təhlükəlidir. Elmi araşdırmarlarda sübut edilib ki, alüminium döş xərçənginin yaranmasına səbəb olur.

Hamam üçün şüşə paneli daha yaxşıdır. Vanna otağı nəm və isti olanda plastik pərdə havaya sağlamlıq üçün təhlükəli maddələr saçmağa başlayır.


Ftalat və biosfenol kimi maddələr istənilən plastik qablarda var. Onlar sağlamlıq üçün təhlükə mənbəyidir. Bu səbəbdən də çalışın ki, plastik qablarda satılan yeməkləri almayın, ya da plastik qabları şüşəli versiyaları ilə əvəz edin.

Plastik konteynerdə yemək qızdırmayın, su butulkalarını isə şüşəlilərlə dəyişin.


Evdə lak və boya istifadə edərkən unutmayın ki, otağın havasını dəyişmək lazımdır! Hətta adi dırnaq boyası da sağlamlıq durumuna təsir edir. İndi özünüz təsəvvür edin ki, tikintində lazm olan boyalar nə qədər zərərlidir…
Onların tərkibindəki təhlükəli kimyəvi maddələr adi hüceyrə DNK-sına təsir göstərməyə qadirdir. Onlar gendə dönməz dəyişikliklər yaradır və nəticədə insan xəstələnməyə başlayır.

Ümid edirik ki, daha ekoloji dövr tezliklə gələcək və biz daha təhlükəsiz əşyalardan istifadə edəcəyik. Yekun olaraq mütəxəssislər onu qeyd edib ki, potensial təhlükə mənbəyi olan əşyaları almağı dayandırmaq lazımdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->