Ekonomiks 10:28 23.04.2021

Bu evlərin qiyməti artdı

Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində artıma səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib. Onun sözlərinə görə, mart ayında fərdi yaşayış və bağ evlərinin qiyməti 1,25% bahalaşıb.

Fərdi yaşayış və bağ evlərinin orta qiyməti 971 manat/kv.m təşkil edib. Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı gözlənilən idi.

N.İbrahimov bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunur. Belə ki, fərdi yaşayış və bağ evlərin kirayə qiymətləri +3,58% artıb.

O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.