Dünya 21:16 27.01.2018

Bu foto Obamanın karyerasını bitirə bilərdi: 8 il sonra üzə çıxdı (FOTO)

ABŞ-ın sabiq prezidenti Barak Obamanın siyasi karyerasının bitməməsi üçün gizlədilən foto illər sonra üzə çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, eks-prezident Barak Obamanın 2005-ci ildə "İslam milləti" hərəkatının lideri Luis Farraxanla birgə çəkilən fotosu 8 il sonra yayımlanıb. Fotonu müəllif Askia Məhəmmədin özü sosial şəbəkə hesabında paylaşıb.

"O zaman fotonu yaymlamaqdan imtina etdim və bu sirri saxlayacağıma and içdim. Obama prezidentliyə namizəd olarkən də, 8 il boyunca olan prezidentliyi müddətində də bu foto gizli qaldı", - deyə o, bildirib.

Tez-tez irqçilik və anti-semitizmdə günahlandırılan Luis Farraxanla Barak Obanın şəkli onun prezidentliyi dövründə yayımlansa idi, bu onun karyerası üçün ciddi təhlükəyə çevrilə bilərdi.

Sözügedən fotonu sizlərə təqdim edirik: