Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında XII tura bu gün yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, turun son oyunu "Qəbələ" və "Qarabağ" arasında baş tutacaq. Qəbələdə baş tutacaq görüşü gənc referi Kamranbəy Rəhimov idarə edəcək. 

İki komanda indiyədək ölkə çempionatında 51 dəfə qarşılaşıb. Bunların 10-da "qırmızı-qaralar", 27-də "köhlən atlar" qələbə qazanıb. 14 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun komandasının xeyrinədir - 78:42. "Qarabağ” 13 oyundur rəqibinə uduzmur. "Qəbələ” son 3 matçda xal qazana bilməyib.

Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. "Qəbələ” – "Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

Turun geridə qalan qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb
 
"Sabah" - "Keşlə" 2:1
"Neftçi" - "Səbail" 1:0 
"Sumqayıt" - "Zirə" 0:3
 
"Qarabağ" - 26, "Zirə" - 22, "Qəbələ" - 21, "Neftçi" - 20, "Sabah" - 14, "Sumqayıt" - 11, "Keşlə" - 10, "Səbail" - 9
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X