Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib

Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib

"Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəylik nümayişi idi. Hədəf 650 min olsa da, ancaq əkilən ağacların sayı 650 mini keçib. Bu da sevindirici haldır".

"Report" xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib: "SOCAR əməkdaşları 100 min ağac əkdi. Hətta 12 min ağac əkilməsi üçün Çilov adasına göndərildi. Bir gündə 650 min ağacın əkilməsi həm bugünkü, həm də gələcək nəsillərə xidmət edən təşəbbüsdür. Regionlara paylanılan ağac tingləri iqlim şəraitinə görə seçilmişdi. Yəni ağac əkilməsi xatirinə seçim olmadı. Əsas odur ki, həmin ağaclara diqqət və qayğı daimi olsun".

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR