Bu gün görkəmli rejissor Qurbanov Oruc - İzzətoğlunun doğum günüdür (VİDEO)
Bu gün görkəmli teatr və kino rejissoru, Əməkdar İncəsənət Xadimi, "Qızıl Dərviş” mükafatı laureatı Qurbanov Oruc – İzzətoğlunun 72 yaşı tamam olur.
Oruc Qurbanov 24 iyul, 1949-cu ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu” ixtisası üzrə təhsil alıb, 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. 50 ildir ki, teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışır. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib.
Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray” bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub.
Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərir. On iki cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Qafqaz Müsəlmanlar İdarəsi Elmi-dini şurasında müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb. 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlal Paşayevin "Dirilən adam” romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu tamaşa ilin ən uğurlu tamaşası və Oruc İzzətoğlu ilin ən yaxşı rejissoru kimi "Qızıl Dərviş” mükafatına layiq görülub. 2007-ci ildə Musiqili Komediya Teatrında Ə. Əmirlinin "Yeddi məhbusə anası” tamaşasına quruluş verib. 2007-ci ildə xalq yazıçısı İ. Əfəndiyevin "Geriyə baxma, qoca” romanı əsasında yazıçı Elçinlə birgə Qarabağ tarixinə həsr edilmiş eyniadlı dram əsərini başa çatdırıb. Molla Nəsrəddinin 800 illiyi münasibətilə "Molla Nəsrəddinin Teymurləngi ram etməsi” kino-ramanını və teatr üçün eyni adlı xalq məzhəkəsini yazıb.
Musiqili Komediya Teatrının dəvəti ilə 2007-ci ildə C.Quliyev, Ə.Əmirlinin "Yeddi məhbusə anası”, 2009-cu ildə müəllifi olduğu "Diqqət! Şəhərdə manyak var!” liberettosuna quruluş verib. Son ədəbi işi "Ağa Məhəmməd şah Qacar” kinoromanıdır.
2002-ci ildə H. Əliyevin fərmanı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 10 ildir Prezident Mükafatına layiq görülmüşdür.2010 -ci ildə Respublikanin Əməkdar İncəsənət xadimi Oruc Qurbanov İrəvan Dövlət dram teatrının baş rejissoru olub.
2017- ildə Mədəniyyət Nazirliyinin göndəşi ilə Lənkəran Dövlət Dram teatrına Baş Rejissor təyin olunub.
Cəlil Məmmədquluzadə "Danabaş kəndinin məktəbi” (Lənkəran Dövlət Dram Teatrı)
Sofokl ” Antiqona (Lənkəran Dövlət Dram Teatrı)
Qırğızıstanın xalq yazıçısı Mar Bayciyevin "Şənbə Axşamı"(Lənkəran Dövlət Dram Teatrı) Mar Bayciyevin "Şənbə Axşamı"(Lənkəran Dövlət Dram Teatrı)
Oruc Qurbanovun "Yetim Rac,Əziz Nesinin əsəri əsasında Qurbanov Orucun "MANYAK”əsəri, Fransız Marinyenin "oğru”və qarşıda Şeksprin "Şıltaq qızın yumşalması”əsəri üzərində yeni tamaşa hazırlacaq.
Teatr yaradıcılığı
M.F.Axundov "Hacı Qara” (rejissor və rəssam) Tədris teatrı 1972
J.B.Molyer "Skapenin kələkləri” (rejissor və rəssam) Tədris teatrı 1972
C.Cabbarlı "Solğun çiçəklər” (rejissor və rəssam) Tədris teatrı 1973
S.M.Qənizadə "Xor-xor” (rejissor) Lənkəran Dram teatrı 1974
A.P.Çexov "Yubiley” (rejissor) Lənkəran Dram teatrı 1974
A.P.Çexov "Elçilk” (rejissor) Lənkəran Dram teatrı 1974
Ə.B.Haqverdiyev "Ailə tərbiyəsi” (rejissor) Lənkəran Dram teatrı 1974
C.Cabbarlı "Oqtay Eloğlu” (rejissor) Lənkəran Dram teatrı 1975
J.Qaşek "Qoçaq əskər Şveyk” (rejissor) Lənkəran Dram teatrı 1976
A.Safronov "Qəribə doktor” (rejissor) Lənkəran Dram teatrı 1976
R. İbrahimbəyov "Yaşıl qapı arxasında qadın” (tərcüməçi və rejissor) LDT 1976
U. Şekspir "Qış nağılı” (rejissor) Lənkəran Dram teatrı 1977
K.Qoldoni "İki ağanın bir nökəri” (rejissor) Lənkəran Dram teatrı 1977
Ə.B.Haqverdiyev "Dağılan tifaq” (rejissor) Lənkəran Dram teatrı 1977
A.Ostrovski "Tufan” (rejissor) Lənkəran Dram teatrı 1977
İ.Əfəndiyev "Məhv olmuş gündəliklər” (rejissor) Lənkəran Dram teatrı 1997
F.Aşurov "Tut ağacı” (rejissor) Lənkəran Dram teatrı 1978
Q. İlkin "Çətin döngələr” (rejissor) Lənkəran Dram teatrı 1978
P.Pançev "Dörd ekiz haqqında nağıl” (rejissor) Lənkəran Dram teatrı 1979
L. Juxovitski "Budapeştli Juja” (rejissor) Lənkəran Dram teatrı 1979
Leninqrad "Lensovet” teatrında rejissor təcrübəsində (rəh. İ.P.Vladimirov) 1980
Moskvada "Malaja Bronnaya” teatrında təcrübədə (rəh. A.V.Efros) 1981
İ.Əfəndiyev "Atayevlər ailəsi” (rejissor) Lənkəran Dram teatrı 1981
L.Frank "Yad adam” (rejissor) Akademik Milli Dram teatrı 1981
C.Cabbarlı "Aydın” (rejissor). Lənkəran Dram teatrı 1982
H.Cavid "Afət” (rejissor) Sumqayıt Dram teatrı 1982
L.Karadjale "İtirilmiş məktub” (rejissor) Sumqayıt dram teatrı 1983
A.Abdulin "13-cü sədr” (rejissor və rəssam) Sumqaqyıt Dram Teatrı 1983
A.Şaiq "Bir saatlıq xəlifə” (rejissor) Sumqayıt Dram teatrı 1984
Ə.Əylisli "Vəzifə” (Bədii rəhbər) SDT 1984
L. Ustinov "Məhəbbətsiz şəhər” (Bədii rəhbər) 1984
S.M.Qənizadə "Sıravi əskər Mamağanlı” (rejissor və rəssam) SDT
1984
C.Yusifzadə "Dağlar arxasız olmaz” (rejissor və rəssam) SDT 1985
C.Cabbarlı "Oqtay Eloğlu” (rejissor) SDT 1985
Füzuli "Saqinamə” (səhnələşdirən, rejissor və rəssam)Ağdam Dram
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər