Bu gün Premyer Liqada 30-cu turun növbəti oyunları keçiriləcək.Trend-in məlumatına görə, bu gün baş tutacaq hər üç qarşılaşma ilk "altılıq" komandaları arasında keçiriləcək.
İlk oyunda "Bakı" "Qəbələ" ilə üz-üzə gələcək. Hər iki komandanın artıq heç bir iddiası olmadığından oyunu formal xarakterli adlandırmaq olar.
Digər oyunda "İnter" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Turnir cədvəlinin ikinci və üçüncü pillələrində yerləşən bu komandaların qarşılaşması böyük əhəmiyyət kəsb edir. Çünki "İnter" rəqibindən bir xal geridədir və qalib gələcəyi halda ikinci pilləyə yüksələcək. "Qarabağ" qalib gələcəyi halda isə, ən azı ikinci pillədəki mövqeyini möhkəmləndirmiş olacaq.
Günün son oyununda lider "Neftçi" "Simurq"u qəbul edəcək. Bu qarşılaşmaya maraq daha böyükdür. Belə ki, "Neftçi" bu turda, sona iki tur qalmış çempion adını qazana bilər. Bunun üçün "Neftçi" qalib gəlməli, "Qarabağ" isə xal itirməlidir.
Qaynar.info
Şərhlər