Ölkə 22:27 30.11.2021

Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsində bu mükafatları alıblar...

Xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

"Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində həlak olan yüksək rütbəli zabitlərimiz - polkovnik Nəzirov Emil Nəzir oğlu və Cavadov Fizuli Əli İbram oğlu Vətən Müharibəsi iştirakçılarıdır.

Hər iki polkovnik Vətən Müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif edilib.

Polkovnik Emil Nəzirov "Vətən uğrunda” medalı ilə, polkovnik Cavadov Fizuli 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Qeyd edək ki, Emil Nəzirov polkovnik rütbəsini Vətən Müharibəsindən sonra alıb.