Ölkə 14:17 24.06.2021

Bu hərbçilər Ağdam, Kəlbəcər və Laçının işğaldan azad olunmasına görə təltif edildi (SİYAHI)

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.


Prezident İlham Əliyev hərbi qulluqçuların "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

 
Dövlət başçısı hərbi qulluqçuların "Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.