Ölkə 12:00 24.06.2021

Bu hərbçilərə “Cəbrayılın azad olunmasına görə” medalı verildi (SİYAHI)

Prezident İlham Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.