Ölkə 13:50 11.10.2019

Bu il Azərbaycandakı yol qəzalarında ölənlər “rekord vurub”

"2019-cu ilin 9 ayı ərzində 1274 yol qəzası olub".

Bu barədə modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

R.Quliyev bildirib ki, yol nəqliyyat hadisələri zamanı dünyasını dəyişənlərin sayı 557 nəfər, xəsarət alanların sayı isə 1178 nəfər olub.

Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 nəqliyyat hadisəsi olub. Həmin hadisələrdə 527 ölüb, 1244 nəfər isə xəsarət alıb.