Xəbər lenti

Bu il ölkədə şəkər çuğunduru əkini azaldı
Ekonomiks 21:05 08.10.2025

Bu il ölkədə şəkər çuğunduru əkini azaldı

Bu il ölkəmizdə yazlıq şəkər çuğunduru əkini azalıb.

"Report" xəbər verir ki, bu il 20 rayonda olmaqla, 5 880 hektar sahədə yazlıq çuğundur əkilib.

Ötən il isə ölkə üzrə 24 rayonda 7 400 hektar sahədə şəkər çuğunduru əkilib.

Qeyd edək ki, qarşıdakı günlərdə yazlıq sahələrdən məhsul yığımı aparılacaq. Ümumilikdə, 220 min ton məhsul götürülməsi proqnozlaşdırılır.
--> -->