Unikal.org saytının əməkdaşı Hüseyn İsgəndərovun qızı Ləman İsgəndərova da tələbə olanlar sırasındadır.
FED.az biznes portalının redaktoru Əli Əhmədovun oğlu Cavidan da tələbələr sırasına qoşulub. Cavidan ADA Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq.
Qızının ali məktəbə daxil olmasına sevinən valideynlərdən biri də "Region plus" jurnalının baş redaktoru Namiq Mayılovdur. Onun qızı Fidan Mayılova Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi (türk dilində) ixtisası üzrə təhsil alacaq.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da sevincli anlar yaşayır. Onun oğlu Oqtay Dövlət İqtisad Universitetində Maliyə və kredit ixtisasına sahiblənəcək.
"Xalq Cəbhəsi” qəzetinin redaktoru Mahir Zeynalovun qızı Gülnur Zeynallı isə Qərb Universitetinin Biologiya ixtisasına qəbul olub.
Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarov da bu gün xoşbəxt atalardandır. Onun qızı Türkay Şahsuvarlı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris ingilis dilində olan iqtisadiyyat ixtisasına yiyələnəcək.
"Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimovun qızı Leyla Rəhimova da tələbə olub. O, Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində dovlət sifarişli təhsil hüququ qazanıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu Murad da bu ildən ali məktəbin tələbəsi kimi dərsə gedəcək.
Şərhlər