Dünya 18:17 05.09.2018

Bu ölkədə 3,7 milyon uşaq təhsil ala bilmir

Əfqanıstanda 3,7 milyon uşaq təhsil almaq hüququndan istifadə edə bilmir.

Qaynarinfo xəbər verir ki, təhsil naziri Mirvays Balxi bu barədə danışıb və ölkənin inkişafına mane olan əsas problemin təhsilsizlik olduğunu dilə gətirib. 3,7 milyon uşağın təhsil ala bilmədiyini vurğulayan nazir oxuyub yazmağı bacaran əhalinin sayını artırmaq üçün əllərindən gələni edəcəklərini deyib. 

Gülşən