Ölkə 21:41 21.09.2020

Bu məktəbdə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldı

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. 

Bu barədə Təhsil Nazirliyindən Qaynarinfo-ya daxil olan məlumatda bildirilir.

Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.