"Ermənistan Rusiyanı müharibəyə cəlb etmək istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumatı şərh edərkən deyib. Politoloqun fikrincə, Ermənistanın təxribat xarakterli məlumatları bir məqsədə yönəlib:
"Ermənilər hər gün yalan və təxribat dolu məlumatlar yayırlar. Bu da onların növbəti təxribatlarından biridir. Onlar hər gün mətbuatda "bizi bombalayırlar” yazırlar. Onların belə təxribatlarının arxasında yalnız bir məqsəd var. Nəyin bahasına olursa-olsun Rusiyanın diqqətini özlərinə yönəltmək, vəssalam. Deyirlər "amandır, qoymayın, bura Qarabağ deyil, Ermənistandır, bizə hücüm edirlər. Gəlin biz tərəfdə vuruşun".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Bahar Rüstəmli
Şərhlər