Sağlamlıq 14:54 05.10.2019

Bu qidalar sizi cavan saxlayacaq

Mütəxəssislər dərini cavan saxlayan və bədəndəki qocalma prosesini zəiflədən qidaların adlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, qara şokolad və yaşıl çay uzunmüddətli cavanlığa səbəb ola bilər. Flavonoidlər və antioksidantlarla zəngin tünd şokolad və polifenollar, kollagen, antioksidantlarla zəngin yaşıl çay dərini cavan saxlayır.

ABŞ Milli Onkologiya İnstitutunun tədqiqatına görə, keyfiyyətli kofe dərini melanomadan qoruyur. 

Qida rasionunda lif, kalium, yağ turşusu ilə zəngin avokado, pomidor, qarpız, qaragilədən istifadə edənlər cavan və sağlam dəriyə sahib ola bilərlər. Pomidor prostat xərçəngi, ürək xəstəlikləri və iflicin qarşısını alır. Qaragilənin tərkibindəki çoxsaylı vitaminlər dərini hamar edir.

Mütəxəssislər bildirir ki, balıq, xüsusilə qızıl balıqdan istifadə etmək sizi daha cavan və gümrah saxlayacaq.

Gülşən