Ölkə 20:03 25.11.2020

Bu qurumun üzvlərinə xidməti pasport verilməyəcək

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin üzvləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.