Video 13:50 17.08.2018

Bu robot sizin emosiyalarınızı imitasiya edir (VİDEO)

Takayuki Todo tərəfindən hazırlanan "The Simulative Emotional Expression Robot" və ya "SEER" insanla göz təması qura və onun emosiyalarını imitasiya edə bilən robotdur.

Qaynarinfo Tech Crunch-a istinadən xəbər verir ki, robot yaxınlıqda olan şəxslə göz təması qurur, onun emosiyalarını kamera vasitəsilə tanıyır və üzündə əks etdirir. "SEER"in uşağabənzər sifəti ona qarşı müsbət emosiya yaradır. 

Layihənin gələcəkdə daha da inkişaf etdirilməsi gözlənilir.

Gülşən